...

Firdovsi Umudov:"Biz qələbələrimizi bütün şəhidlərimizə həsr edirik"

Cəmiyyət Materials 24 Avqust 2016 03:21 (UTC +04:00)
Firdovsi Umudov:"Biz qələbələrimizi bütün şəhidlərimizə həsr edirik"
Firdovsi Umudov:"Biz qələbələrimizi bütün şəhidlərimizə həsr edirik"

Bakı. Trend:

"Biz qələbələrimizi bütün şəhidlərimizə həsr edirik"

Trend-in məlumatına görə, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə milli yığmanın böyük məşqçisi Firdovsi Umudov deyib.

F.Umudov qeyd edib: "Altı çəki dərəcəsində beş medal qazanaraq, komanda hesabında birinci yeri tutduq. Mən çox sevincliyəm ancaq bütün güləşçilərimiz qızıl medal qazanmağa layiq idi. Bundan sonrada çalışacayıq qələbələrimizi davam etdirək. Biz qələbələrimizi aprel ayında şəhid olmuş əsgərlərimizə və ümümiyətlə bütün şəhidlərimizə həsr edirik. Biz inanırıq ki, cənab  Ali Baş Komandanımızın rəhbərliyi ilə biz çox qələbələrə nail olacayıq".

 Qeyd edək ki, Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar.

Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti