...

Ali məktəblərə qəbul olan tələbələrə xəbərdarlıq

Cəmiyyət Materials 30 Avqust 2016 12:51 (UTC +04:00)
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı sabah - 31 avqust saat 17:00-da başa çatacaq.
Ali məktəblərə qəbul olan tələbələrə xəbərdarlıq

Bakı. İlhamə İsabalayeva-Trend:

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı sabah - 31 avqust saat 17:00-da başa çatacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 30 avqust saat 12:30-a olan məlumata əsasən, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan 553 abituriyentdən 404 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.

Avqustun 31-i saat 17:00-dək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti