...

Sabahın havası - şimşək çaxacaq, yağış yağacaq

Cəmiyyət Materials 8 Sentyabr 2016 12:30 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabahın havası - şimşək çaxacaq, yağış yağacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, Bakıda gecə 18-20° isti, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti