...

Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2016 14:28 (UTC +04:00)
Bu gün Qaradağ Rayon İcra Hakimiyyətində 2015-2016-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirilib.
Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətində 2015-2016-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, məktəb direktorları, valideynlər, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış 33 nəfər məzun iştirak edib.

Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab S.Mikayılov ilk öncə ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlərlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzulayıb. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirlərini göstərir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.

S.Mikayılov bu il Qaradağ rayonunun əldə etdiyi yüksək nəticəni xüsusi vurğulayaq bildirib ki, ötən illərlə müqayisədə ali məktəblərə daxil olan məzunlarımızın nəticələri yüksəkdir.

Qaradağ rayonu üzrə orta məktəbi 1298 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 937 abituriyentin 57,5 faizi, yəni 537 nəfəri tələbə adını qazandığı, onlardan 33 nəfərin isə 600-dən çox bal topladıqları nəzərə çatdırılıb.

Məzunlardan Rəşidli Arzu Azər qızı 692 bal, Şükürlü Məmməd Fuad oğlu 682 bal və Sadıqova Ayşə Bəxtiyar qızı 680 bal toplayaraq Azərbaycanın ən yüksək ali təhsil ocaqlarında təhsil alma hüququ qazanıblar.

Sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda ali məktəblərə 600-dən çox bal toplamış 33 nəfərə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov tərəfindən qiymətli hədiyyələr və pul mükafatı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti