...

Əkiz qardaşlar Prezident təqaüdçüsü oldu

Cəmiyyət Materials 16 Sentyabr 2016 11:21 (UTC +04:00)
Əkiz qardaşlar Prezident təqaüdçüsü olub.
Əkiz qardaşlar Prezident təqaüdçüsü oldu

Bakı. Trend:

Əkiz qardaşlar Prezident təqaüdçüsü olub. 2016-2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan əkiz qardaşlar - Nurlan Nəzərəliyev və Rəvan Nəzərəliyev 2016/2017-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Prezident təqaüdçüsü adını qazanıblar. Bu barədə Trend-ə BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov əkiz qardaşları qəbul edərək onları bir daha təbrik edib və təhsildə uğurlar arzulayıb.

Xatırladaq ki, bu ilki qəbul imtahanında iki qardaş - Nurlan Nəzərəliyev 685, Rəvan Nəzərəliyev isə, 700 bal toplayıb. Onların hər ikisi ixtisas seçimində BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ni seçərək Ali Məktəbin tələbəsi olublar.

Qeyd edək ki, əkizlərin qardaşı Rəşad Nəzərəliyev də Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alır, o, artıq IV kurs tələbəsidir. Rəşad Nəzərəliyev BANM-ə 677 balla daxil olub. Beləliklə, bir ailənin üç övladı BANM-də təhsil alır. Onların hər üçü Xırdalan şəhər 5 saylı tam orta məktəbdə təhsil alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti