...

Avstriyalı müşahidəçi: Azərbaycanda referendum problemsiz keçir

Cəmiyyət Materials 26 Sentyabr 2016 17:19 (UTC +04:00)
Biz Azərbaycanda referendumun keçirilməsi prosedurunda çatışmazlıq görmədik.
Avstriyalı müşahidəçi: Azərbaycanda referendum problemsiz keçir

Bakı. Yelena Kosolapova – Trend:

Biz Azərbaycanda referendumun keçirilməsi prosedurunda çatışmazlıq görmədik.

Bunu Trend-ə avstriyalı müşahidəçi, ATƏT PA-nın eks vitse-prezidenti Volfqanq Qrossruk deyib.

Onun sözlərinə görə, seçki komissiyasının üzvləri də qeyd ediblər ki, referendum problemsiz keçir.

V.Qrossruk qeyd edib ki, bəzi seçki məntəqələrində çoxlu insan var idi: "Axşam saatlarında daha çox seçici gözləyirik. Hər hansı seçki məntəqəsində heç bir problem görmədik".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti