• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Binəqədidə "Müstəqilliyim, mənim yaşıdım" bayram tədbiri keçirilib (FOTO)

19 Oktyabr 2016 10:34 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Binəqədi rayonunda “Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunmuş “Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri keçirilib.

İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri Məlahət İbrahimqızı, Madər Musayev, Kamaləddin Qafarov, Kamran Bayramov, Musa Qasımlı, Sevinc Fətəliyeva, Rayon İcra Hakimiyyətinin Aparatı, rayon İctimaiyyəti, ziyallılar, YAP-nın fəalları və gənclər iştirak ediblər.

Tədbir 25 illik tarixə malik olan müstəqil Azərbaycanın dövlətçilik tarixini əks etdirən qədim bayraqların sərgisi ilə başlayıb. Qonaqlar daha sonra 25 il ərzində dövlətimizin əldə etdiyi uğurları özündə əks etdirən sərgiyə baxış keçiriblər. Mədəniyyət və multikulturalizm, təhsil, səhiyyə, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları, müdafiə sənayesi, kənd təsərrüfatı, gənclər və idman sahələrini, eləcə də dünyada Azərbaycan brendi olan və müstəqilliyimizin ən böyük nailiyyətlərindən biri olan ASAN Xidmətin fəaliyyətini geniş əhatə edən pavilyonlarla tanışlıq zamanı qonaqlara 25 il müstəqillik dövrü ərzində əldə olunan nailiyyətlər barədə ayrı-ayrılıqda müfəssəl məlumat verilib.

Tədbirdə ilk olaraq bayram təbriki ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edib. Komitə sədri bildirib ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir. Xalqımız müstəqilliyini qazandıqdan sonra onu itirmək təhlükəsi ilə üzləşib. Lakin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi nəticəsində biz bu müstəqilliyi qoruyub saxlaya bildik. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Bunun nəticəsidir ki, Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

Sonra Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərini ifadə edib. Xaləddin İsgəndərov Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilən məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdırıldığı vurğulayıb. Qeyd edib ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Bu gün də müstəqilliyimiz ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən qorunub saxlanılır.

Bayram təbriklərindən sonra müxtəlif sahələrdə rayonun ictimai-siyasi proseslərində fəaliyyətləri ilə fərqlənən şəxslərə Fəxri Fərmanlar təqdim olunub. Tədbir çay süfrəsi ətrafında rayonun yaradıcı kollektivlərinin ifasında bayram konserti ilə davam etdirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Binəqədidə "Müstəqilliyim, mənim yaşıdım" bayram tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Müstəqilliyim, mənim yaşıdım" bayram tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Müstəqilliyim, mənim yaşıdım" bayram tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Müstəqilliyim, mənim yaşıdım" bayram tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Müstəqilliyim, mənim yaşıdım" bayram tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Müstəqilliyim, mənim yaşıdım" bayram tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Müstəqilliyim, mənim yaşıdım" bayram tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Müstəqilliyim, mənim yaşıdım" bayram tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Müstəqilliyim, mənim yaşıdım" bayram tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Müstəqilliyim, mənim yaşıdım" bayram tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Müstəqilliyim, mənim yaşıdım" bayram tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Müstəqilliyim, mənim yaşıdım" bayram tədbiri keçirilib (FOTO)
  • Məqalədə:
  • Binəqədi Rayon İcra Hakimiyyəti
Digər xəbərlər
Ayna Sultanova parkında görülən işlər və açılış tarixi bəlli oldu (ÖZƏL)
Gündəm 30 Sentyabr 15:24
Mir Cəlal Paşayevin ev muzeyi ziyarət edilib (FOTO)
Cəmiyyət 14 Noyabr 2018 20:49
Binəqədidə "Açıq mikrofon" - əhali ilə səyyar görüş keçirilib (FOTO)
Cəmiyyət 9 Noyabr 2018 12:11
Binəqədidə Beynəlxalq müəllimlər gününə həsr edilmiş tədbir keçirilib (FOTO)
Cəmiyyət 6 Oktyabr 2018 17:09
Binəqədidə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib (FOTO)
Gündəm 1 Oktyabr 2018 14:53
Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüş keçirilib (FOTO)
Cəmiyyət 28 Sentyabr 2018 14:20
Xəbər lenti
Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edib (FOTO)
İqtisadiyyat 14:59
Heydər Əliyev Beynəlxalq Aeroportu uçuşların coğrafiyasını genişləndirir və yeni aviaşirkətləri cəlb edir
İqtisadiyyat 14:53
İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub
Siyasət 14:47
Şağanda yol qəzasında vurulan piyada xəstəxanada öldü
Hadisə 14:43
“Biz hər zaman pozitiv təcrübəmizi bölüşməyə hazırıq!”
Cəmiyyət 14:35
FHN: Yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir (FOTO)
Hadisə 14:30
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
Hadisə 14:19
Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq
Cəmiyyət 14:17
Masazırda köhnə xətlərin yeniləri ilə əvəzlənməsi 80 faiz yekunlaşıb (FOTO)
Energetika 14:08
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Heydər Əliyev – xalqın ehtiram ünvanı

Heydər Əliyev – xalqın ehtiram ünvanı

Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)
İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal - "Bir şəxs ki, siyasi tacir statusu ala..."
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri