Bakı. Maksim Tsurkov - Trend:
"Bakı Metropoliteni" QSC 26-30 oturacaqlı avtobusların alınması ilə bağlı tender elan edib.
Trend-in Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin saytına istinadən verdiyi məlumata görə, tenderdə iştirakın dəyəri 200 manatdır.
Tender təklifləri bank təminatı ilə birlikdə 2016-cı il dekabrın 6-a qədər təqdim olunmalıdır.
Tender zərfləri dekabrın 7-də saat 15:00-da açılacaq.