...

Abid Şərifov: Çox ağır hadisədir...

Cəmiyyət Materials 15 Dekabr 2016 15:00 (UTC +04:00)
Azərbaycan Türkiyə xalqının ağrısını bölüşür.
Abid Şərifov: Çox ağır hadisədir...

Bakı. Orxan Quluzadə - Trend:

Azərbaycan Türkiyə xalqının ağrısını bölüşür.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Beşiktaşdakı terror qurbanları üçün xatirə kitabının imzalanması mərasimi zamanı deyib.

A.Şərifov terror qurbanlarının ailələrinə başsağlığı verib. O qeyd edib ki, Türkiyədə törədilən terror aktı çox ağır hadisədir: "Dünyasını dəyişənlərə Allah rəhmət eləsin".

Xatirə kitabını həmçinin, Azərbaycandakı digər diplomatik missiya rəhbərləri imzalayıblar.

Qeyd edək ki, Beşiktaşdakı Vodofon Arena stadionu yaxınlığında baş verən terror aktında 44 nəfər həlak olub, 155 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti