...

Komitə sədri: Dövlət diaspor fəaliyyətinə lazımi dəstək göstərir

Cəmiyyət Materials 30 Dekabr 2016 16:32 (UTC +04:00)
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və bir qrup diaspor nümayəndəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Bakı. Elçin Mehdiyev - Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və bir qrup diaspor nümayəndəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Trend-in məlumatına görə, Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri ümumilli liderin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.

Komitə sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında ümummilli lider Heydər Əliyevin Azərbaycanın diaspor fəaliyyətinə verdiyi önəmdən danışıb.

N.İbrahimov qeyd edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən də diaspor fəaliyyətinə böyük önəm verilir və lazımi dəstək göstərilir. N.İbrahimov vurğulayıb ki, bu gün dünya azərbaycanlılarının koordinasiya mərkəzinin yaradılması Prezident İlham Əliyevin diqqətindədir və bunun üçün dövlət tərəfindən lazımi maliyyə dəstəyi göstərilir.

N.İbrahimov vurğulayıb ki, görülən işlər nəticəsində Azərbaycan diasporu artıq erməni lobbisini üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti