...

Küveytdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2016 23:45 (UTC +04:00)
Küveytdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub.
Küveytdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

Küveytdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub.

Azərbaycanın Küveytdəki Səfirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 30-da “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il” münasibətilə Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin, həmçinin ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Səfirlikdə tədbir keçirilib.

Öncə, tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə Dünya Azərbaycanlılarına ünvanladığı müraciət oxunub. Daha sonra tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi və bu şərəfli tarixin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xidmətləri barədə məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının istiqlaliyyət əldə etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan edilməsinin əhəmiyyəti qeyd olunub.

Tədbirin sonunda bayram ziyafəti verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti