...

Təhsil Nazirliyinə daxil olan müraciətlər daha çox nə ilə bağlı olub?

Cəmiyyət Materials 6 Yanvar 2017 16:50 (UTC +04:00)
2016-cı il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 220880 müraciət daxil olub.
Təhsil Nazirliyinə daxil olan müraciətlər daha çox nə ilə bağlı olub?

Bakı. İlhamə İsabalayeva - Trend:

2016-cı il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 220 880 müraciət daxil olub.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon:146) ötən il 146 038 zəng qəbul edib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 49535 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, yerdəyişməsi və diaqnostik qiymətləndirilməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi və 1-ci sinfə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülmə və bərpa, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti