...

Ötən il Azərbaycanda 924 nəfər qidadan zəhərlənib

Cəmiyyət Materials 11 Yanvar 2017 14:53 (UTC +04:00)
2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib.
Ötən il Azərbaycanda 924 nəfər qidadan zəhərlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, nəticədə 924 nəfər zəhərlənib.

Ötən il 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib.

Ötən ilin dekabr ayında Azərbaycanda 24 qida zəhərlənməsi baş verib, bu hadisələrdən 37 nəfər zərər çəkib. Dekabr ayında 3 botulizm hadisəsi baş verib ki, bundan da 9 nəfər zəhərlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti