...

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin bitəcəyi VAXT bilindi

Cəmiyyət Materials 23 Yanvar 2017 14:53 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolunda tikinti işlərinin başa çatmasına iki-üç ay vaxt qalır.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin bitəcəyi VAXT bilindi

Bakı. Orxan Quluzadə - Trend:

Bakı-Tbilisi-Qars dəmir yolunda tikinti işlərinin başa çatmasına iki-üç ay vaxt qalır. Dəmir yolunun tikintisinin mart-aprel aylarında başa çatacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.

Nazirin sözlərinə görə, dəmir yolunu hələ 2012-ci ildə istismara vermək planlaşdırılsa da, podratçı qurumlar arasında davam edən məhkəmə çəkişmələri tikinti müddətinin uzanmasına səbəb olmuşdu.

Arslan qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra bu, Çindən Avropaya yük daşımaları üçün ən qısa yol olacaq.

Nazir Qazaxıstanın bu marşrut vasitəsilə 10 milyon ton yük daşımağı planlaşdırdığını da qeyd edib. “Çindən hər il 240 milyon ton yük daşınır. Əgər bu ölkə yükün 10 faizini BTQ ilə daşımağa razılıq verərsə, bu, ildə 24 milyon ton yük daşınması deməkdir”.

Xəbər lenti

Xəbər lenti