"Birdən başıma bir iş gəlsə, ..?" – Demək istəmirsinizsə...

"Birdən başıma bir iş gəlsə, ..?" – Demək istəmirsinizsə...

Bakı. Trend:

"İnsanın başına gələcək ən qorxulu iş nədir?" sualına əksəriyyətimiz "əlbəttə ki, ölümdür" cavabını verərik. Droğrudan da həyatımız, dünyamız, yaxınlarımız, bizi əhatə edən insanlar və hisslər çox qiymətli və əzizdir. Həyatı və bütün bunları itirmək əsl faciədir. Amma ailəli şəxslərin bu suala cavabı fərqli olacaq. Ailə başçıları, xüsusilə də kiçik övladları olanlar üçün baş verə biləcək ən qorxulu hal həyatını itirməklə yanaşı, ailəni müdafiəsiz – pulsuz və təminatsız qoymaqdır. Bu, ölümdən də dəhşətlidir.

Ailə başçılarından gələn təhlükə

Hələ təqribən 10 il bundan əvvəl Dünya Bankı Azərbayanda avtomobil qəzaları, onların səbəbləri və bu qəzaların sosial nəticələri barədə araşdırma aparmışdı. Araşdırmada məlum oldu ki, Azərbaycandakı ailələrin böyük hssəsi ailə başçısından təhlükəli dərəcədə asılıdır. Daha dəqiqi ailənin rifahı, gəlirləri, sosial müdafiəsi, ailədəki uşaqların keyfiyyətli təhsil və tibbi xidmətlərə çıxışı ailə başçıları və onun gəlirlərindən birbaşa asılıdır. Belə vəziyyətdə ailə başçısının vəfatı təkcə yaxın adamın itirilməsi demək deyil. Ailə başçısı həlak olanda, indiyədək yaxşı yaşayan ailə həm də əsas gəlir mənbəyindən məhrum olur, sürətlə kasıblaşmağa başlayır və ən aşağı sosial təbəqələrə enir. Bunun nəticələrini sadalamağa lüzum yoxdur – ailə üzvləri yaxşı qidalanmır, keyfiyyətli təhsil və tibbi xidmət almır, ailədə xəstəliklər başlayır, uşaqlar yaxşı təhsil almadıqlarından onların karyera şansları itirilir və s. Ən pisi odur ki, bü proses nəinki ailəni, hətta buradakı uşaqların da ailələrini əhatə edir. Təqribi hesablamalara görə, ailənin bir də əvvəlki sosial səviyyəyə qalxması üçün az qala 30-40 il vaxt lazım olur. Ailə başçısı üçün bu vəziyyət ölümdən də dəhşətli bir haldır. Məhz buna görə, ailə başçıları və böyüklər üçün əsas narahatlıq yaxınların rifahıdır. Ona görə də, insanlar daima pis gündən qorunmaq üçün müxtəlif çıxış yolları axtarırlar.

Pis gündən qorunmağın “çıxış yolları”

Belə narahatlıqdan qurtarmağın yollarından biri də həyat sığortasıdır. Hazırda həyat sığortasında az qala həyatda baş verən istənilən vəziyyətlə bağlı “çıxış yolları” var. Açığı bədbəxt hadisənin, olayın, bəzən ölümün də qarşısını almaq çətindir. Əvəzində insanlar, ələxsus da yaxınlarının gələcəyindən narahat olan ailə başçıları müxtəlif sığorta növlərindən istifadə etməklə ailələrinin gələcək problemlərin indidən həll edə bilərlər. Bunun üçün həyat sığortası şirkətlərində müxtəlif sığorta variantları var.

Kredit götürən şəxslərin həyat sığortası

Kredit götürən şəxslərin həyat sığortası kredit alan şəxs üçün çox əlverişlidir. Son illər Azərbaycanda kredit bazarının sürətli inkişaf etməsi ölkədə kredit götürən şəxslərin də sayının artması ilə nəticələnib. Rəsmi məlumatlara görə, ölkə əhalinin az qala yarısının banklara kredit borcu var. Bu kreditlərin bir hissəsi uzun müddətə – 5-20 illiyə verilib. Bir qayda olaraq müştərilər belə kredit götürəndə bir poblem çıxmayacağına və borclarını ödəyəcəyinə əmin olurlar. Amma həyatın öz sürprizləri var. Müştərinin başına hər hansı bədbəxt hadisə gələrsə, krediti onun yaxınları və ailəsi ödəməli olacaq.

Belə vəziyyətin yaranmaması üçün kredit götürən həyat sığortasından istifadə edilir. Bu sığorta belə işləyir - bankdan kredit alan şəxs həyatını kreditin məbləğinə uyğun sığortalayır. Bundan sonra bir hadisə baş verərsə, məsələn müştəri vəfat edərsə, bankın kreditini sığorta şirkəti ödəyir.

Misal olaraq, “PAŞA Həyat” şirkəti 2016-cı ildə kredit götürən şəxslərin həyat sığortası növü üzrə 1,306 mln. manatdan çox sığorta ödənişi verib. Təkcə, cari ilin yanvar ayında isə şirkət tərəfindən bu sığorta növü üzrə ödənilən vəsaitlərin həcmi 56,404 min manat təşkil edib.

Daha çox kimə lazımdır – banka, yoxsa müştəriyə?

Təsəvvür edin, kreditlə mənzil alınıb, mənzilin özü girov qoyulub və ailə başçısı krediti ödəyir. Onun başına bir hadisə gələrsə, ailə nəinki gəlir mənbəyini itirir, həmçinin indiyədək krediti qaytarılan evindən də məhrum olur. Çünki kredit yarımçıq qaldığından bank evi müştərinin ailəsindən almalıdır.

Həyat sığortasında isə belə problem yaşanmır – sığorta şirkəti dərhal kreditin qalığını banka ödəyir. Bu sistem bütün növ kreditlərdə (istehlak, avtomobil, biznes, ipoteka və s.) işləyir.

Bəs həyatı hansı məbləğə sığortalamaq lazımdır?

Krediti olan şəxslərin həyat sığortasında bu sual yaranmır – müştərinin həyatı onun kreditinin məbləğinə uyğun sığortalanır. Adi həyat sığortasında isə məbləği müştəri müəyyən edir. Sığorta şirkətinin nümayəndələri tövsiyə edirlər ki, müşəri təminat məbləğini hesablayarkən ödəməli olduğu kredit və borcları, ailənin aylıq maddi ehtiyacını, eləcə də digər xərcləri, məsələn, uşağın təhsili üçün olan illik ehtiyacı və.s kimi şərtləri nəzərə almalıdır.

Sığorta haqqının və təminatın məbləğini nəzərə alanda kifayət qədər sərfəli şərtlərdir. Məsələn, 30 yaşında bir kişi illik cəmi 219 AZN ödəməklə 25 000 AZN məbləğində təminat ala bilər. Üstəlik bu məbləği il ərzində 4 dəfəyə ödəmək imkanı da var.

Həyatımızı sığortalamaq baha deyil...

Qarşılaşdığı riskə baxanda bu sığorta məhsulu üçün sığorta haqqı elə də böyük deyil. Məsələn, 45 min manatlıq ipoteka krediti olan üçün illik sığorta haqqı 220 manatdır. Məbləği birdən ödəmək vacib deyil, onu aybaay da ödəmək olar. Müştərinin yaşı artdıqca riskləri də artır, ona görə də, yaşlı adamlarda sığorta haqqı daha yüksək olur. Məsələn, 25 yaşlı şəxs 50 min manat kredit üçün sığortalanırsa ildə 176 manat ödəməli olduğu halda, 35 yaşı olan həmin məbləğdə kreditə görə, artıq 270 manat sığorta haqqı ödəməlidir.

Sığorta haqqı istənilən səbəbdən ölüm, bədbəxt hadisə zamanı işə düşür. Müştəri istəsə bura əmək qabiliyyətinin itirilməsini də əlavə edə bilər. Yəni müştəri vəfat etməsə də, əgər I qrup əlil olursa, sığorta şirkəti onun kreditini ödəyir. Buraya II qrup əlilliyi də əlavə etmək olar. Amma II qrup əlil olsa, kreditin 100%-i yox, 50%-i ödənilir.

Həyatın müddətli sığortası üçün sığorta haqqı müştərinin yaşından, cinsindən və sığorta təminatı məbləğindən asılı olaraq dəyişir. Bu sığorta müştərinin istənilən səbəbdən vəfatı halında onun ailəsini maddi sıxıntıdan çıxaran üsuldur.

Sığortaçılar bu sığortanın əhəmiyyətini anlatmaq üçün müştərilərə həyatı misallar gətirməyə çalışarlar. «Övladlarımızın təhsili ilə bağlı planlarımız, ailəmizin həyat şəraitini yaxşılaşdırmaq üçün xəyallarımız və bizi daim narahat edən bir hiss var; “birdən mənim başıma bir hadisə gəlsə..?»

Bu sualdan narahat olanlar problemi həyat sığortası ilə həll edə bilərlər. Bu, müştərinin istənilən səbəbdən vəfatı zamanı onun ailəsinə əvvəlcədən müqavilə ilə müəyyən edilmiş məbləğin verilməsini nəzərdə tutur.

Müştəri yaşlandıqca, onun həyat sığortası üçün xərclər də artır. Məsələn, 1960-cı il təvəllüdlü kişi ildə 200 manat sığorta haqqı ödəyib həyatını 10 000 manat məbləğində, 1973-cü il təvəllüdlü kişi isə illik cəmi 15 manat sığorta haqqı ödəyib 6 222 manatlıq sığortalana bilər.

Qadınlarda sığorta haqqı daha aşağıdır. Belə ki, 1961-cü il təvəllüdlü qadın illik 10 manat sığorta haqqı ödəyib 8 180 manatlıq, 1990-cı il təvəllüdlü qadın isə illik 86 manat sığorta haqqı ödəyib 10 min manatlıq sığortalana bilər. Sığorta haqqı həm də hansı risklərdən sığortalanmaqdan asılı olaraq dəyişir.

Belə ki, istənidən səbəbdən ölüm halı ilə, yalnız bədbəxt hadisələrdən ölüm halından sığoorta arasında fərq var.

Qadınlar daha çox yaşayırsa…

Sığorta haqqı məbləği müştərinin yaşı ilə yanaşı, cinsindən də asılı olaraq dəyişir. Məsələn, 1987-ci il təvəllüdlü kişi 1000 manat kredit götürərsə onun illik sığorta haqqı təxminən 25 manat olacaq. Eyni məbləğdə krediti 1988-ci il təvəllüdlü qadın götürmüş olanda isə illik sığorta haqqı 12,1 manat təşkil edəcək.

Digər misal - 1988-ci il təvəllüdlü kişi 4000 manat kredit götürübsə onun illik sığorta haqqı 45 manat, eyni yaşda qadın 3000 manat kredit götürərsə onun illik sığorta haqqı 18 manat olacaq.

Müştərinin yaşı artdıqca sığorta haqqı məbləği yüksəlir. Məsələn, 1955-ci il təvəllüdlü kişi 3000 manatlıq kreditə görə, illik 90 manat sığorta haqqı ödəməlidir. Eyni yaşda və eyni məbləğdə krediti olan qadında isə sığorta haqqı 87 manat olmalıdır.

Qeyd edək ki, bu sxem artıq işləyir - 2016-cı ildə ipoteka kreditləri üzrə həyat sığortasında 8 ödəniş olub, müştərilərə 138,2 min manat ödənilib.

Məsələ təkcə pulda deyil…

Məşhur filmdə deyildiyi kimi, «məsələ təkcə pulda deyil, söhbət diqqətli olmaqdan gedir». Real düşündükdə, bədbəxt hadisənin qarşısını almaq onsuz da mümkün deyil. Yəni bu sığorta müştərinin özünün həyatını yox, onun ailəsinin gələcəyini təmin edir.

Bəs müştəri nə qəzanır? Onun yoxluğunun ağrısını hiss edən ailə həm də maddi çətinliklərlə üzləşmir. Belə vəziyyətdə müştərinin özü də mənən rahat olur, daim “birdən...” dərdi çəkmir və stressiz yaşayır.

Nəhayət, bu sığortanın sayəsində ailənin planları hətta ailə başçısını itirdikdə belə təmin edilir. Ailəli şəxslər bu rahatlığın nə olduğunu yaxşı bilirlər.

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
Hotellərdə gecələmələrin sayı 40 faizə yaxın azalıb
Hotellərdə gecələmələrin sayı 40 faizə yaxın azalıb
Loading Bars
Xəbər lenti
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)
"Sputnik V" vaksininin ikinci partiyası Azərbaycana mayın sonunda gətiriləcək - Lavrov
Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır - Nazir
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Kazanda törədilmiş hadisə ilə bağlı Rusiyaya başsağlığı verib
Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı keçirilib (FOTO/VİDEO)
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Bütün xəbərlər