...

Abid Şərifov: "Xruşşovka"ların yerində yeni binalar və sosial obyektlər tikiləcək (YENİLƏNİB)

Cəmiyyət Materials 15 Mart 2017 13:01 (UTC +04:00)
Bakınnı 1-ci mikrorayonunda "Xruşşovka" kimi tanınan bütün yaşayış binaları söküləcək.
Abid Şərifov: "Xruşşovka"ların yerində yeni binalar və sosial obyektlər tikiləcək (YENİLƏNİB)

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakınnı 1-ci mikrorayonunda "Xruşşovka" kimi tanınan bütün yaşayış binaları söküləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Baş nazirinin müavini Abid Şərifov deyib.

O qeyd edib ki, söküləcək binaların yerində 9 və 12 mərtəbəli binalar, eləcə də sosial obyektlər, məktəblər, uşaq bağçaları tikiləcək:

"Xruşşovka"ların sökülməsinə az qaldı

"Xruşşovka"ların sökülməsinə az qaldı

"Xruşşovka" tipli yaşayış binaları yalnız betondan tikilib, burada bütün normalar pozulub. Bu binalarda yaşayan insanlar tez-tez xəstələnirlər. Mən də təqribən bir il panel evdə yaşamışam. Bu evlər çox yararsızdır. Buna görə də həmin binaların sökülməsi barədə qərar alqışlanmalıdır və şübhəsiz ki, bu layihə dövlət başçısı ilə razılaşdırılıb".

A.Şərifov bildirib ki, həmin ərazilərdə yaşayan sakinlər dövlət zəmanəti ilə elə həmin ərazidə mənzillə təmin olunacaqlar: "60 mənzilin yerinə 120 mənzil tikiləcək. Dövlət bunları nəzərə alıb və müvafiq olaraq, güzəştlər olacaq ki, ayrı-ayrı tikinti şirkətləri işləri öz hesablarına görə bilsinlər. Müddətə gəldikdə, bu barədə danışmaq hələ tezdir. Hələ layihənin hazırlanması tələb olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti