...

Azərbaycanlı turistlərə yeni səyahət paketləri təklif edilir - HARA?

Cəmiyyət Materials 7 Aprel 2017 22:01 (UTC +04:00)
Belarusun Milli Turizm Agentliyi (MTA) Azərbaycan vətəndaşları üçün müxtəlif turizm paketləri hazırlayıb
Azərbaycanlı turistlərə yeni səyahət paketləri təklif edilir - HARA?

Bakı. Səba Ağayeva - Trend:

Belarusun Milli Turizm Agentliyi (MTA) Azərbaycan vətəndaşları üçün müxtəlif turizm paketləri hazırlayıb.

Bunu Trend-ə MTA-nın direktor müavini Yelena Liximoviç deyib.

Onun sözlərinə görə, azərbaycanlı turistlərə hərbi-tarixi turizm, eləcə də müxtəlif yaş kateqoriyaları üçün sanatoriya-kurort paketləri təqdim olunacaq. Bundan başqa, turizm agentliyi ekoloji marşrutlar üzrə səyahətlər təşkil edir.

Y.Liximoviç qeyd edib ki, 2016-cı ildə Belarusa 18 min Azərbaycan vətəndaşı səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti