...

Penitensiar Xidmət əfvə düşən məhkumun həbsdə qalması xəbərinə reaksiya verdi

Cəmiyyət Materials 27 Aprel 2017 12:02 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti adı əfv fərmanında olduğu halda azadlığa buraxılmayan məhbusla bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Penitensiar Xidmət əfvə düşən məhkumun həbsdə qalması xəbərinə reaksiya verdi

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti adı əfv fərmanında olduğu halda azadlığa buraxılmayan məhbusla bağlı yayılan məlumatlara aydınlıq gətirib. Xidmətdən Trend-ə verilən məlumatda bildirilir ki, adı bu ilin mart ayının 16-da afv fərmanında olan və guya Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinin birində saxlanılan məhkum Elvin Bəxtiyar oğlu Mahmudovun əvəzinə eyni adı və soyadı olan, lakin atasının adı və təvəllüdü fərqli olan digər məhkum əfv sərəncamı ilə qalan cəzadan azad olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidməti bildirir ki, yayılan məlumat tamamilə yanlışdır və böhtan xarakterlidir: "16 mart 2017-ci il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam dürüst və vaxtında icra edilib. Əfv olunan şəxslərin arasında bu məlumatda dərc olunan məhkumun adı yoxdur. Əfv haqqında Sərəncamın əhatə dairəsində olmuş eyni adı və soyadı olan, lakin atasının adı və təvəllüdü fərqli olan digər məhkum tam qanuna uyğun olaraq azad edilib.

Düşünülməmiş hərəkətləri ilə vəkil adına xələl gətirən şəxsin hansı məqsədlər daşıdığı qeyri-müəyyəndir. Lakin hesab edirik ki, qeyd olunan faktlar aidiyyəti orqanlar tərəfindən ciddi araşdırılacaq və vəzifəli şəxsləri ağır cinayətlərdə ittiham etmiş vəkilin fəaliyyətinə hüquqi qiymət veriləcək".

Xəbər lenti

Xəbər lenti