...

Gəncədə minaatan mərmisi aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 26 İyun 2017 18:00 (UTC +04:00)
Gəncənin Nizami rayonunda ″AZƏRİTTİFAQ″-ın yaxınlığında 1 ədəd 50 mm-lik minaatan mərmisi (O-822) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Gəncədə minaatan mərmisi aşkarlanıb (FOTO)

Bakı. Trend:

Gəncənin Nizami rayonunda ″AZƏRİTTİFAQ″-ın yaxınlığında 1 ədəd 50 mm-lik minaatan mərmisi (O-822) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. (Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən bügünədək respublika ərazisində 5 781 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti