Bakı. Səba Ağayeva - Trend:
Azərbaycan kəndlərinin erməni qoşunları tərəfindən atəşə tutulan ərazilərinə baxış zamanı tank əleyhinə mərmilərin qəlpələri aşkar edilib.
Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov brifinq zamanı deyib.
O qeyd edib ki, ötən gün qeydə alınan hadisə ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin yeddi maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.