...

Azərbaycan və Yaponiya arasında sərnişin və yük reysləri həyata keçiriləcək

Cəmiyyət Materials 28 İyul 2017 11:04 (UTC +04:00)
Bakıda Azərbaycan və Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib.
Azərbaycan və Yaponiya arasında sərnişin və yük reysləri həyata keçiriləcək

Bakı. Trend:

Bakıda Azərbaycan və Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilk dəfə aparılan danışıqların gedişində tərəflər Azərbaycanla Yaponiya arasında müntəzəm reyslərin açılması məsələsini müzakirə ediblər.

Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər.

Dostluq şəraitində keçən görüşdə Azərbaycan və Yaponiya aviaşirkətlərinin nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti