...

Ueldanov vəkilindən imtina etdi

Cəmiyyət Materials 5 Sentyabr 2017 13:02 (UTC +04:00)
Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov vəkilindən imtina edib.
Ueldanov vəkilindən imtina etdi

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov vəkilindən imtina edib.

Trend-in məlumatına görə, M.Ueldanovun qohumları vəkil Qubad Salayevlə olan vəkillik müqaviləsinə xitam verib.

Qeyd edək ki, ötən il iyulun 28-də Rusiya vətəndaşı M.Ueldanov Bakıda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayətinə baxılıb, məhkəmə hökmü qüvvəsində saxlayıb.

Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov erməni olduğuna görə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti