...

Qurban bayramından sonra paytaxtda dezinfeksiya işləri ilə bağlı vəziyyət açıqlandı

Cəmiyyət Materials 5 Sentyabr 2017 11:10 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Qurban bayramı ilə əlaqədar heyvan kəsiminin təşkil edildiyi ərazilərin dezinfeksiyası və dezinseksiyasını yekunlaşdırıb.
Qurban bayramından sonra paytaxtda dezinfeksiya işləri ilə bağlı vəziyyət açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Qurban bayramı ilə əlaqədar heyvan kəsiminin təşkil edildiyi ərazilərin dezinfeksiyası və dezinseksiyasını yekunlaşdırıb.

Xidmətin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli özəl olaraq Trend-ə bildirib ki, dezinfeksiya və dezinseksiya işləri bütün şəhər və rayon mərkəzlərində Mənzil-Kommunal Təsərrüfatı birliklərinin işçiləri tərəfindən heyvan kəsimi üçün ayrılan yerlərdə təmizlənmə işləri aparıldıqdan sonra həyata keçirilib. Bu işlərin aparılmasında məqsəd ərazidə xəstəliklərin yayılmasının qarşısını almaqdır.

Y.Xanvəli bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq heyvanların kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunmasına, baş verə biləcək təhlükəli xəstəliklərin qarşısının alnmasına, ətin və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarəti gücləndirilib.

Xidmət rəsmisi qeyd edib ki, DBNX-nin nəzarət etdiyi heyvan kəsimi məntəqələrində xırda nöqsanlar qeydə alınsa da, onlar artıq aradan qaldırılıb.

Y.Xanvəli nöqsanların müəyyən olunmuş kəsim yerlərində qanunsuz satışa cəhdlərin edilməsi ilə bağlı olduğunu, lakin onların qarşısının vaxtında alındığını açıqlayıb.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar sentyabrın 1-4-də Azərbaycanda qeyri-iş günü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti