...

6 ayda baş verən qəzalar yollara 313,7 min manat ziyan vurub

Cəmiyyət Materials 11 Sentyabr 2017 08:00 (UTC +04:00)
2017-ci ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında 244 yol-nəqliyyat hadisəsi baş verib.
6 ayda baş verən qəzalar yollara 313,7 min manat ziyan vurub

Bakı. Samir Əli - Trend:

2017-ci ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında 244 yol-nəqliyyat hadisəsi baş verib.

"Azəavtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, baş verən yol qəzaları nəticəsində 3621 p/m əyrixətli tirlər, 12 işıq dirəyi, 30,0 p/m körpü məhəccəri, 22,3 p/m istinad divarı və 4 yol nişanı yararsız hala düşüb.

Ümumilikdə, yol təsərrüfatına 313,7 min manat məbləğində maddi ziyan dəyib. Dəymiş ziyanın 192,1 min manatı ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti