Bakı. Trend:
Rusiyalı turistlər üçün ən populyar şəhərlər seçimində Bakı MDB şəhərləri arasında 3-cü yeri tutub. Trend-in məlumatına görə, bu reytinqi “TurStart” agentliyi apardığı sorğu əsasında müəyyən edib.
Sorğunun nəticələrinə əsasən 1-ci yerdə Minsk, 2-ci yerdə isə Astana qərarlaşıb.
Sorğu nəticəsində məlum olub ki, rusiyalı turistlər Belarus paytaxtına orta hesabla 2,5 günlük səfər edirlər. Burada onların orta xərci bir gün üçün təxminən 70 dollar təşkil edib.
Trend agentliyin apardığı sorğunu açıqlayan "Lenta.ru"ya istinadən məlumat verir ki, II yerdə qərarlaşan Astana üçün bu göstərici - 2 gün; 85 dollar/gün, Bakı üçün isə 3 gün, 78 dollar/gün təşkil edib.
Qeyd edək ki, bu araşdırmaya görə, MDB-nin ən ucuz şəhərlər siyahısına isə Bişkek və Kişinyov liderlik edib.