...

Aşura mərasimləri necə keçiriləcək? - Rəsmi açıqlama

Cəmiyyət Materials 22 Sentyabr 2017 11:33 (UTC +04:00)
Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə keçiriləcək.
Aşura mərasimləri necə keçiriləcək? - Rəsmi açıqlama

Bakı. Elçin Mehdiyev – Trend:

Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə keçiriləcək.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib ki, Aşura tədbirləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvası var: "Fətva kütləvi informasiya vasitələrində yayılıb. Fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək və Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə icra olunacaq".

O bildirib ki, Komitənin yerlərdə şöbələri var: “Məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk və bu monitorinqlər Aşura zamanı da davam edəcək. Məqsəd qanunvericiliyə əməl edilib-edilməməsini yoxlamaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti