...

Baş nazirin müavini: "Sovetski"də gələn ilə qədər söküntü işləri aparılmayacaq

Cəmiyyət Materials 26 Sentyabr 2017 11:34 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

"Bakının “Sovetski” adlanan ərazisində hazırkı mərhələdə gələn ilə qədər yəqin ki, söküntü işləri aparılmayacaq. Gələn il üçün proqram hazırlanır. Ona görə də indidən dəqiq nəsə demək mümkün deyil”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib.

O bildirib ki, “Sovetski” adlanan ərazidə birinci gündən son vaxta qədər heç kim orada belə yaxşı şərait qurulmasına inanmırdı:

“Çox adam düşünürdü ki, orada yeni evlər tikiləcək. Həmin insanlar özləri üçün yaxşı şəraitli ev ala bildilər. Orada yaradılan şərait hamısı insanlar üçündür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti