...

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə yeni imkan

Cəmiyyət Materials 20 Oktyabr 2017 11:16 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən V könüllülük proqramına aparılan sənəd qəbulu başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə yeni imkan

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən V könüllülük proqramına aparılan sənəd qəbulu başa çatıb.

Bu barədə Trend-ə İdarədən məlumat verilib.

Qeyd edək ki, V könüllülük proqramında iştirak etmək üçün 100 nəfər könüllü elektron ([email protected]) qaydada sənəd verib.

Onlardan müvafiq meyarlar üzrə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqlar.

Müsahibədən uğurla keçən şəxslər noyabr ayından etibarən BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 4 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramında 15, ikinci proqram əsasında 26, üçüncü könüllülük proqramında 35, dördüncü könüllülük proqramında isə 42 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 17 nəfəri hazırda BŞTİ-nin əməkdaşı kimi çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti