İƏT-in mənzil-qərargahı Bakıda yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzi yaradılır (FOTO)

İƏT-in mənzil-qərargahı Bakıda yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzi yaradılır (FOTO)

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin İstanbul (Türkiyə) şəhərində keçirilən 33-cü sessiyasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İƏT-in mənzil-qərargahı Bakı şəhərində yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzinin Nizamnaməsini ölkəmiz tərəfindən imzalayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, İƏT əmək nazirlərinin 2013-cü ilin aprel ayında Bakı şəhərində keçirilmiş ikinci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyev İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması təklifini irəli sürüb. Bu təklif konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib. Ötən dövrdə Mərkəzin Konsepsiya Sənədi və Nizamnamə layihəsi hazırlanaraq baxılması üçün üzv dövlətlərə göndərilib. 2014-cü ilin iyun ayında İƏT-in Əmək məsələləri üzrə Rəhbər Komitəsinin Bakı şəhərində təşkil etdiyi iclas zamanı iştirakçı dövlətlərin və İƏT qurumlarının nümayəndələri tərəfindən Əmək Mərkəzi ilə bağlı sənədlərin layihəsi ətraflı müzakirə edilib. İƏT Xarici İşlər Nazirləri Şurasının 2014-cü ilin iyun ayında Ciddə (Səudiyyə Ərəbistanı) şəhərində keçirilmiş 41-ci sessiyasında qəbul edilən iqtisadi məsələlər üzrə Qətnamədə dövlətimizin başçısının İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması barədə təklifi bir daha alqışlanıb, bu sahədə Azərbaycanın səyləri dəstəklənib.

2015-ci ilin oktyabr ayında İƏT əmək nazirlərinin Cakarta (İndoneziya) şəhərində keçirilən üçüncü konfransında qəbul olunmuş qərarla Mərkəzin Nizamnamə layihəsi təsdiqlənməsi üçün İƏT Xarici İşlər Nazirləri Şurasının 43-cü sessiyasına təqdim olunub və 2016-cı ilin oktyabr ayında Daşkənd (Özbəkistan) şəhərində keçirilən həmin sessiya zamanı Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib. Mərkəzin təsis edilməsi üçün onun Nizamnaməsinin 10 üzv ölkə tərəfindən imzalanması tələb olunur ki, artıq Türkiyə və Azərbaycan tərəfindən sənədin imzalanması təmin edilib.

Nizamnamənin Azərbaycan tərəfindən imzalanmasından sonra sessiyanın bağlanış iclası keçirilib və iclasda yekun söz Azərbaycan tərəfinə verilib. S.Müslümov çıxışında ilk növbədə Türkiyə Prezidenti və İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin sədri Rəcəb Tayyib Ərdoğana, belə bir mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə, eyni zamanda nümayəndə heyətlərinə göstərilən yüksək qonaqpərvərliyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edib.

Ticarət və iqtisadi sahədə səmərəli əməkdaşlıq səylərinin daha da güclənəcəyinə əminlik ifadə edən S.Müslümov geniş bir coğrafiyanı əhatə edən İslam ölkələri arasında nəqliyyat dəhlizlərinin genişləndirilməsi və yenilərinin inşasının bu ölkələrin uzunmüddətli inkişafına mühüm töhfələr verəcəyini və ümumən qlobal miqyasda onların rəqabətədavamlı iqtisadiyyata malik olmalarını asanlaşdıracağını vurğulayıb. Nazir bu mənada sessiyada aparılan müzakirələrin ölkələrimiz üçün uğurlu olmasını və gələcəkdə səmərəli layihələrə səbəb olmasını arzulayıb.

S.Müslümov bildirib ki, İslam dünyasının bir hissəsi olan Azərbaycan da İslam həmrəyliyinin güclənməsinə mühüm töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilib. Bu il Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi isə İslam həmrəyliyinin möhkəmlənməsinə ölkəmizin mühüm töhfəsi olub.

Eyni zamanda, mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması üçün hələ 2008-ci ildən “Bakı prosesi”ni uğurla həyata keçirən ölkəmizdə ötən dövrdə mütəmadi olaraq Mədəniyyətlərarası Ümumdünya Forumları, Beynəlxalq Humanitar Forumlar, 2010-cu ildə Dünya Dini Liderlər Sammiti, 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu uğurla təşkil olunub. Azərbaycan eyni zamanda Birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq səviyyəli möhtəşəm idman oyunlarına yüksək səviyyədə ev sahibliyi edib.

S.Müslümov hazırda Azərbaycanın 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdüyünü vurğulayıb. Nazir diqqətə çatdırıb ki, ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Azərbaycanın sərgi üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu da bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir, çünki bütün inkişafın və innovasiyaların əsasında insan kapitalı dayanır.

S.Müslümov fursətdən istifadə edərək, sessiyada iştirak edən İƏT-ə üzv dövlətlərin nümayəndələrini ölkələri tərəfindən Azərbaycanın “Expo 2025” Sərgisinə namizədliyini dəstəkləməyə çağırıb.

Nazir qeyd edib ki, İƏT-in Bakıda yaradılması nəzərdə tutulan, Təşkilatın ixtisaslaşmış qurumu olacaq Əmək Mərkəzinin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdir: “Türkiyə Respublikası İƏT Əmək Mərkəzinin Nizamnaməsini 2017-ci ilin 10-11 iyul tarixlərində Kot-d'İvuar Respublikasında keçirilmiş İƏT Xarici İşlər Nazirlərinin 44-cü sessiyası çərçivəsində imzalayıb. Bu gün isə Azərbaycan Nizamnaməni imzalayan ikinci dövlət olur. İƏT Əmək Mərkəzinin formal olaraq təsis edilməsi üçün onun Nizamnaməsinin 10 ölkə tərəfindən imzalanmasının tələb olunur və yaradılmış imkandan istifadə edərək mən digər İƏT üzv dövlətlərini sözügedən Nizamnaməni imzalamağa dəvət edirəm”.

S.Müslümov sessiyanın bütün iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İƏT-in beynəlxalq təşkilat statuslu Əmək Mərkəzinin Nizamnaməsinin ölkəmizdə keçirilən “İslam Həmrəyliyi İli”ndə imzalanması böyük məna və əhəmiyyət kəsb edir. Mərkəz əmək, məşğulluq, sosial müdafiə, əmək bazarının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması, insan kapitalının inkişafı və s. kimi vacib sahələrdə üzv dövlətlər arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynamaqla, nəticə etibarilə İslam ölkələri arasında birliyin və həmrəyliyin güclənməsinə öz töhfəsini verəcəkdir.

Dünyada ötən sutka koronavirusa 646 mindən çox yoluxma qeydə alınıb - ÜST
Dünyada ötən sutka koronavirusa 646 mindən çox yoluxma qeydə alınıb - ÜST
Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb
Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb
İran nüvə obyektindəki qəzanının terakt nəticəsində baş verdiyini bildirib
İran nüvə obyektindəki qəzanının terakt nəticəsində baş verdiyini bildirib
Loading Bars
Xəbər lenti
Trend BİA və Qırğızıstanın "Kabar" agentliyinin rəhbərləri birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" klubu "Tottenhem"i məğlub edib
Pakistan azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir
Dünyada ötən sutka koronavirusa 646 mindən çox yoluxma qeydə alınıb - ÜST
Ağsuda yas mərasimi keçirənlər inzibati məsuliyyətə cəlb edilib
Beynəlxalq cəmiyyət Azərbaycanın azad edilmiş torpaqlarının bərpası prosesində fəal iştirak etməlidir - Ekspert
Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb
İran nüvə obyektindəki qəzanının terakt nəticəsində baş verdiyini bildirib
Ceyhun Bayramov “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada iştirak edib (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Goranboyda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb
Azərbaycanda 2 414 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
Rusiyada koronavirusdan ölənlərin sayı 103 min nəfərə çatır
Bakıda restoranda toy edən 40 nəfər cərimələnib (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərində yenidən sülhün hökm sürməsi sevindirici haldır - Macarıtanın dövlət katibi
Ermənistanda Gəncəyə raket zərbələri endirməsi əmirini verənlər müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar - Hikmət Hacıyev
Azərbaycan müharibə dövründə çox böyük bir qəhrəmanlıq sərgilədi - Fahrettin Altun (ÖZƏL) (VİDEO)
“Yaşat” Fondu dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verilməsi üçün effektiv və əlçatan platformadır - Pərvin Kərimzadə
Gürcüstanda koronavirusa daha 707 nəfər yoluxub, 8 nəfər ölüb
Azərbaycanın Ağdam şəhəri urbisidin açıq nümunəsidir - Hikmət Hacıyev (FOTO)
Türk Şurasının nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb (FOTO)
Türkiyədə ilin əvvəlindən 40 terror aktının qarşısı alınıb - Nazir
Bu səfər təşkil olundu ki, Türk Şurasının nümayəndə heyəti bu vəhşiliklə yerindəcə tanış olsun - Hikmət Hacıyev
Özbəkistan Qarabağda bir məktəbin tikintisini təmənnasız edəcək - Asadjon Xocayev (VİDEO)
Türk Şurası şirkətlərin Qarabağda bərpa işlərində iştirakı ilə bağlı biznes forum keçirəcək
Azərbaycanın qələbəsi türk dünyasının qələbəsi oldu - Türk Şurasının baş katibi
İranda ötən sutkada 258 nəfər koronavirusdan ölüb
İsmayıllıda çayxanada şənlik təşkil edənlər cərimələnib (FOTO)
Türk Şurasının nümayəndə heyəti Ağdam Dram teatrının qalıqlarına baxıblar (FOTO)
Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır - Fahrettin Altun (VİDEO)
ADA Universitetində “Cənubi Qafqaz üçün yeni baxış. Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans keçirilir (FOTO)
Türk Şurasının nümayəndə heyəti Ağdam şəhər Cümə məscidində olublar - Trend TV-nin REPORTAJI
Hindistanda ötən sutka koronavirusa 150 mindən çox yoluxma halı qeydə alınıb
Prezident İlham Əliyev Türk Şurasında vacib birləşdirici rol oynayır - Bağdad Amreyev (ÖZƏL) (VİDEO)
Türk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu Ağdamın "İmarət"ində - Trend TV-nin REPORTAJI
Naftalanda toy mərasimin keçirilməsinin qarşısı alınıb (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevirdə ictimai yerdə hərəkətdə olan koronavirus xəstəsi saxlanılıb
Siyəzəndə nişan mərasimin keçirilməsinin qarşısı alınıb
Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb (FOTO)
Şəmkirdə yol polisi reyd keçirib (FOTO)
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranın nüvə obyektində naməlum hadisə baş verib
Yevlaxda toy məclisi aşkar edilib (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 135 milyon nəfəri ötüb
Füzuli rayonunun Aşağı Rəfədinli kəndi (VİDEO)
Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir
Samuxda mərasimlərin keçirilməsinin qarşısı alınıb (FOTO)
Rumıniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
Çin Azərbaycana dəmir yolu vasitəsilə 50 konteyner ixrac malı göndərəcək
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
Qazaxıstanda son sutkada koronavirusa 2 842 nəfər yoluxub
Fransada silah satışı ilə məşğul olan cinayətkar dəstə saxlanılıb
Avstriya 1 milyon doza Sputnik vaksini almaq niyyətindədir
Çində kömür mədənini su basıb, onlarla fəhlə təhlükədə qalıb
Fransada koronavirusa yoluxma hallarının sayı 5 milyonu ötüb
Yunanıstan sahillərində zəlzələ qeydə baş verib
Hindistanda avtobus dərəyə düşüb, azı 10 nəfər ölüb
Türkiyədə son sutkada koronavirusdan 32 539 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Real" "Barselona"ya qalib gəldi
Türkiyə və Ukraynanın müdafiə nazirlərinin görüşü baş tutub
Dünyada koronavirusa yoluxanların sayı 134 milyonu ötüb - ÜST
Ağdamda ev yanıb (FOTO)
Türk Şurasının beynəlxalq nüfuzu artır - Azərbaycan türk dünyasının birləşdiricisi kimi...
Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb
“Yaşıl Marafon” çərçivəsində Bakı və Tərtərdə daha 1 225 ədəd müxtəlif cinsli ağac əkilib (FOTO)
İtaliyada son sutka ərzində koronavirusdan 344 nəfər ölüb
Myanmada toqquşmalarda ölənlərin sayı 701 nəfərə çatıb
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi beynəlxalq hüququn növbəti pozuntusudur - Səfir
Bərdədə ağır avtomobil qəzası, xəsarət alanlar var
Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
Şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına dövlət qayğısı bundan sonra da davam edəcək - Deputat
Şahzadə Filipin dəfn mərasiminin tarixi elan edilib
Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb
Azercell-in “Kabinetim” mobil tətbiqi 1 mln yüklənməni aşdı
Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdəndir - Tamam Cəfərova
Kürün aşağı axımında suyun duzluluğunun artması səbəbləri araşdırılır
İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycan nefti bahalaşır
Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib (FOTO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Mingəçevirdə restoranda toy edənlər cərimələnib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Macarıstan Türk Şurası ölkələrini vacib tərəfdaş hesab edir
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Bütün xəbərlər