...

Nazirlik: Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir

Cəmiyyət Materials 24 Noyabr 2017 16:03 (UTC +04:00)
Azərbaycanda ümumilikdə törədilən bütün cinayətlərin çox cüzi hissəsi qadına qarşı törədilən cinayətlərdir.
Nazirlik: Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ümumilikdə törədilən bütün cinayətlərin çox cüzi hissəsi qadına qarşı törədilən cinayətlərdir.

Trend-in məlumatına görə, bunu Daxili Işlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov qadınlara qarşı zorakılığın qarşısının alınması üçün keçirilən beynəlxalq kampaniya ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, münaqişəli ailələrlə bağlı hüquq-mühafizə orqanları tərəfindən iş aparılır . Buna baxmayaraq, bu gün məişət zorakılığı halları baş verir.

A.Adıgözəlov əlavə edib ki, zorakılıqla bağlı hüquq mühafizə orqanlarına daxil olan bütün müraciətlər araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti