...

Dövlət Komitəsi: Bakıda məzarlıqlarda yer çatışmazlığı yarana bilər

Cəmiyyət Materials 30 Noyabr 2017 12:19 (UTC +04:00)
Nazirlər Kabineti “Məzarlıqlar haqqında” qanun layihəsinə baxdıqdan sonra yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimləri və s. məsələlər həmin qaydalara uyğun tənzimlənəcək.
Dövlət Komitəsi: Bakıda məzarlıqlarda yer çatışmazlığı yarana bilər

Bakı. Elçin Mehdiyev – Trend:

Nazirlər Kabineti “Məzarlıqlar haqqında” qanun layihəsinə baxdıqdan sonra yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimləri və s. məsələlər həmin qaydalara uyğun tənzimlənəcək.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Bakıda çox insan yaşadığı üçün gələcəkdə məzarlıqlarda yer çatışmazlığı yarana bilər.

Onun sözlərinə görə, qəbiristanlıqlar üçün yeni yerlərin ayrılması istiqamətində işlər gedir: “Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı müvafiq tədbirlər görür.

M.Qurbanlı əlavə edib ki, gələcəkdə qaydalar təsdiq edilsə, müvafiq icra hakimiyyəti bununla məşğul olacaq, hətta Dini Komitəyə bəzi məsələlərdə nəzarət funksiyası verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti