...

Cənubun feyxoa və limonu hara satılır?

Cəmiyyət Materials 4 Dekabr 2017 20:51 (UTC +04:00)
Cənub bölgələrində sitrus meyvələrinin yığımına başlayıb.
Cənubun feyxoa və limonu hara satılır?

Bakı. Samir Əli - Trend:

Cənub bölgəsində sitrus meyvələrin yığımına başlanıb. Bu barədə Trend-ə Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib.

İcra Hakimiyyətindən bildiriblər ki, rayonda bu il 50 min ton sitrus meyvə yığılıb: "Hər il 50-55 min ton meyvə yığılır. Məhsulun satışı əsasən daxili bazarda aparılır. 10 faiz isə xarici bazara çıxarılır. Daha çox tez yetişən sitrus meyvələrinin sortları xaricə ixrac edilir. Xüsusi naringi və feyxoa sortları var ki, bu meyvələr digərlərindən bir ay tez yetişir. Həmin məhsulları biz Rusiya və Gürcüstan bazarlarına göndəririk".

Lənkəranda isə il ərzində təqribən 13-15 min ton sitrus meyvə istehsal edilir. Rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, ötən il bu göstərici 12,8 min ton olub: "Sitrus meyvələrinin 30 faizini Rusiya və Ukrayna bazarlarına çıxarırıq. Xarici bazara çıxarılan meyvələr naringi, feyxoa, limon və portağaldır. Qalan mallar daxili bazar üçün istehsal edilir. Bu il də 13 min tona yaxın məhsul gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti