...

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə! İmtahan başlayır

Cəmiyyət Materials 8 Yanvar 2018 12:53 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi AA, AB, AC, BA, BB qrupları üzrə yanvarın 13-də sınaq imtahanı keçiriləcək.
Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə! İmtahan başlayır

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) AA, AB, AC, BA, BB qrupları üzrə yanvarın 13-də sınaq imtahanı keçiriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün online qeydiyyat 13 yanvar saat 9:00-da başa çatacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti