...

Duzun bu təhlükələri də var!

Cəmiyyət Materials 29 Yanvar 2018 21:36 (UTC +04:00)
Hər gün çox miqdarda duzun qidada istifadə edilməsi bağırsağın immun sistemində dəyişikliklərə səbəb ola bilər.
Duzun bu təhlükələri də var!

Bakı. Trend:

Hər gün çox miqdarda duzun qidada istifadə edilməsi bağırsağın immun sistemində dəyişikliklərə səbəb ola bilər.

Trend-in məlumatına görə, bir qrup amerikalı mütəxəssis bu qənaətə gəlib.

Qeyd olunur ki, üç həftə müddətində duzdan həddən çox istifadə beyində qan dövranını da azaldır.

Bununla bağlı müşahidə siçanlar üzərində aparılıb. Duzun həcminin azalmasından sonra siçanların orqanizmində normal rejimin bərpa olunduğu müşahidə edilib.

Ümumdünya Səhiyyə Təşkilatı gün ərzində beş qramdan çox olmayaraq duzdan istifadə etməyi məsləhət görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti