...

Korrupsiyaya görə ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub

Cəmiyyət Materials 17 Yanvar 2018 10:21 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Ötən il korrupsiya cinayətləri ilə bağlı ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub.

Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manat və ya 33.03% ödənilməsi təmin edilib:

"Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti