Bakı. Elçin Mehdiyev - Trend:
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində uzunluğu 1335 km təşkil edən ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
Agentlikdən Trend-ə verilən məlumata görə, bunun 313,4 km-i respublika əhəmiyyətli, 888,7 km-i yerli əhəmiyyətlidir, 133,0 km-i isə paytaxt yollarıdır.
Qeyd edək ki, 2015-ci ildə 525 km, 2016-cı ildə isə 880 km yol tikilib, yenidən qurulub və təmir olunub. 2018-ci ildə bu rəqəmin artaraq 2 min km-dən artıq olması nəzərdə tutulub.