...

Ətraf mühitə tullantıların atılmasına görə, 310 iş üzrə cərimə tətbiq edilib

Cəmiyyət Materials 22 Yanvar 2018 12:11 (UTC +04:00)
Ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Ətraf mühitə tullantıların atılmasına görə, 310 iş üzrə cərimə tətbiq edilib

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

4-15 yanvar tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 88 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 13 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 19 iş üzrə 7300 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 22303,96 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 310 iş üzrə 27952,18 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 6 iş göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti