...

Binəqədinin daha bir küçəsində təmir işləri yekunlaşdırılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 14 Fevral 2018 18:30 (UTC +04:00)
Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn daha bir küçədə aparılan əsaslı təmir işləri yekunlaşdırılıb.
Binəqədinin daha bir küçəsində təmir işləri yekunlaşdırılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn Abay Kunanbayev küçəsində aparılan əsaslı təmir işləri yekunlaşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə,1.9 km uzunluğa malik Abay Kunanbayev küçəsində yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1.3 km-lik hissədə 9 metrdən 12 metrə, 0.6 km-lik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib.

Təmir-tikinti işləri zamanı yararsız qruntun qazılaraq çıxarılması, yararlı qrunt tökülərək kipləşdirilməsi, yeni əsasın inşası, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcudlarının isə bərpa olunması işləri aparılıb. Yol boyu piyada səkilərinin kənarlarına 3600 p-metr yeni səki daşları düzülüb.

Tikinti norma və qaydalarına əsasən daha sonra yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun 22 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti