...

Sayımız 9 898 085 oldu - 23 faiz əhali isə Bakıda yaşayır

Cəmiyyət Materials 15 Fevral 2018 10:38 (UTC +04:00)
Ötən il Azərbaycan əhalisinin sayı 88 104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvarın 1-nə 9 898 085 nəfərə çatıb.
Sayımız 9 898 085 oldu - 23 faiz əhali isə Bakıda yaşayır

Bakı. Elçin Mehdiyev - Trend:

Ötən il Azərbaycan əhalisinin sayı 88 104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvarın 1-nə 9 898 085 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.

2018-ci il yanvarın 1-nə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayıb.

Bir kvadrat kilometrə düşən əhalinin sayı Bakı şəhərində 1057, Lənkəran iqtisadi rayonunda 153, Abşeron iqtisadi rayonunda 152 nəfər təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən (114) yüksəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti