Ölkədə 1 milyon 318 min 446 nəfər əmək pensiyası alır (FOTO)

Ölkədə 1 milyon 318 min 446  nəfər əmək pensiyası alır (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamlarla cari ilin əvvəlindən 1 milyon 256 min nəfər pensiyaçının pensiyası, ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərindən ibarət olmaqla 400 min insana yönələn sosial yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ müavinətlərin (o cümlədən 60 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərinin), 846 min nəfərin əmək haqlarının artırılması təmin edilib. Bu artımlar ümumilikdə 3 milyon 123 min nəfəri və ya respublika əhalisinin 31,55 faizini əhatə edir və qeyd olunan sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulan əlavə vəsait 600 milyon manat təşkil edir.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilə dair fəaliyyətinin yekunlarına və Fondun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclasında vurğulayıb. Nazir qeyd edib ki, əvvəlcədən sistemli şəkildə aparılmış təhlillər əsasında sosial ödənişlərə edilən bu artımlar Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin ildən-ilə davam etdirilməsinin növbəti əyani təsdiqidir.

S.Müslümov diqqətə çatdırıb ki, dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu islahatlar dünyada, xüsusən də regionda narahatedici proseslərin davam etdiyi 2017-ci ildə də Azərbaycanda xalq-iqtidar birliyinə əsaslanan möhkəm ictimai-siyasi sabitlik zəminində dayanıqlı iqtisadi inkişafa, bütün sahələrdə yeni irəliləyişlərə səbəb olub:

“Eyni zamanda, cənab Prezidentin tapşırığına uyğun olaraq, sosial proqramlar yüksələn xətlə davam etdirilib. Belə proqramlardan biri kimi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində ötən il nazirlik tərəfindən bu təbəqələrdən olan 315 nəfərə mənzillər (o cümlədən 148 nəfərə yeni inşa olunmuş binalardan mənzil, 167 nəfərə fərdi yaşayış evi) təqdim edilib. Bununla da indiyədək nazirliyin xətti ilə mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 6,1 minə çatdırılıb”.

S.Müslümov sosial təmin sisteminin səmərəliliyinin artırılmasının bu sistemin sosial rifahda və yoxsulluğun azaldılmasında rolunun getdikcə artmasını şərtləndirdiyini qeyd edib:

“Bunun təzahürü kimi, həmin sistemin mühüm komponentlərindən olan pensiya təminatında artım dinamikası ildən-ilə artır. Ötən il də pensiyanın orta aylıq məbləği 8,4 faiz artaraq 01 yanvar 2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb”.

2017-ci ilin 01 iyulundan pensiya qanunvericiliyində dəyişikliklərin tətbiqinin ötən ilin yaddaqalan islahat tədbirlərindən olduğunu qeyd edən nazir diqqətə çatdırıb ki, bu islahat tədbiri pensiya sistemində sığorta prinsipinin əsaslı tətbiqinə imkan yaratmaqla, işləyən əhalinin sosial sığorta sistemində fəal iştirakının və pensiyalarda artımın daha da stimullaşdırılmasına şərait yaradıb. S.Müslümov bildirib ki, 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 446 nəfər əmək pensiyası alır. Onlardan 59,01 faizi yaşa görə, 11,42 faizi ailə başçısını itirməyə görə, 29,57 faizi əlilliyə görə əmək pensiyası alanlardır: “Əgər nəzərə alsaq ki, bu gün pensiyaçılar əhalinin 13,4 faizini təşkil edir, o zaman pensiya təminatında mütəmadi artımların sosial rifahda önəmli rol oynadığını görmək olar”.

Nazir vurğulayıb ki, iqtisadi şaxələndirmənin genişlənməsi nəticəsində neftdən asılı olmadan milli iqtisadiyyatın sabit artım tempinin təmin edilməsi şəraitində ölkənin sığorta-pensiya sisteminin inkişafı da davamlı xarakter alıb:

“Bunun növbəti təsdiqi kimi, 2017-ci ildə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2016-cı ilə nisbətən 221,80 mln. manat və ya 6,98 faiz artaraq 3399,84 mln. manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,72 faiz və ya 167,45 mln. manat artaraq 2084,44 mln. manat təşkil edib. Fondun gəlirlərinin tərkibində qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarının ötən il də artması müsbət məqamlardan biri kimi xüsusi qeyd oluna bilər. Belə ki, qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,20 faizini və ya 1340,76 mln. manatını təşkil edib və bu da 2016-cı illə müqayisədə 11,05 faiz və ya 133,38 mln. manat çox olmaqla, illik proqnoz 103,14 faiz icra olunub”.

Hesabat ilinin daha bir mühüm islahat tədbiri kimi, ötən il “İşsizlikdən sığorta haqqında” Qanunun qəbul olunduğunu qeyd edən S.Müslümov bildirib ki, bu Qanuna əsasən, cari ilin əvvəlindən işsizlikdən sığorta sisteminin yaradılması aztəminatlı ailələrin daha geniş şəkildə aktiv tədbirlərə cəlb olunmasına imkan yaradıb:

“2016-cı ilin fevral ayından ünvanlı sosial yardım təyinatının elektronlaşdırılması bu sahədə ünvanlılığın və şəffaflığın təmin edilməsini şərtləndirib. Eyni zamanda, Prezidentin tapşırığına əsasən, aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması, onların gəlir imkanlarının artırılması tədbirlərinin xeyli genişləşdirilməsi sosial yardım proqramından asılı aztəminatlı ailələrin də sayını ildən-ilə əhəmiyyətli şəkildə azaldacaq”.

Nazir diqqətə çatdırıb ki, ötən ilin noyabr ayından Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacağın və Reabilitasiya Müəssisəsinin fəaliyyətə başlaması sosial xidmətlərin əhatə dairəsini xeyli genişləndirib. Bu müəssisələrdə müvafiq şəxslərin təkcə stasionar şəkildə sosial xidmətlərlə təminatı deyil, normal həyata qayıdışları məqsədilə də müvafiq işlər aparılır: “Ümumilikdə sosial təminat sisteminin bütün istiqamətləri üzrə 2017-ci ildə məqsədyönlü işlər aparılıb və cari il ərzində bu sistemin daha da gücləndirilməsi və sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasında səmərəliliyin yüksəldilməsi fəaliyyətimizin əsas xəttini təşkil edəcək”.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, 2017-ci ildə Fondun xərcləri 3464 mln. manat təşkil edib və bunun 3383,89 mln. manatı və yaxud 97,69 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 3289,57 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə isə 94,32 mln. manat olub.

Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı 2018-ci ilin 1 yanvar tarixinə ötən ilin əvvəlinə nisbətən 193 188 nəfər artaraq 3 566 745 nəfər təşkil edib. Ötən il ölkə əhalisinin 4,8 faizinə və ya 482915 nəfərə (o cümlədən 384956 nəfərə (79,7 faiz) aylıq, 97959 nəfərə (20,3 faiz) birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Bundan əlavə, 60021 nəfər Azərbaycan Prezidentinin təqaüdləri ilə təmin olunub.

Fondun nəzdindəki “Məzun evi” Sosial Müəssisəsində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarından ibarət 240 nəfər şəxs yaşayır. Onların məşğulluğunun təminatı işlərinin davamı olaraq, müəssisədə ötən il xalçaçılıq və tikiş sexləri də açılıb. Hesabat ilində 1165 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib, Fondun tabeliyindəki sosial xidmət müəssisələrində 1079 nəfər tam dövlət təminatında olub, 11025 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərilib, nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr əsasında 4100 nəfər uşaq və müvafiq hallarda ailələri sosial xidmətlərlə təmin ediliblər. Fondun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 2017-ci ildə əlavə olaraq 350 nəfər gənc peşə kurslarına qəbul edilib, Fondun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 68 nəfər insan alveri qurbanına və 28 nəfər insan alverinin potensial qurbanına müxtəlif yardımlar göstərib.

Dövlət Sosial Müdafiə Fondunun digər fəaliyyət istiqamətlərində görülən işlər də diqqətə çatdırılıb.

İclasda 2017-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlərin yekunları ətraflı müzakirə edilib. Müsbət nəticələrlə yanaşı, əhaliyə xidmət sahəsində yol verilmiş nöqsan və çatışmazlıqlardan da bəhs olunub, fəaliyyətini düzgün qurmayan vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul olunub, fəaliyyət sahələrinə dair müvafiq tapşırıqlar verilib.

Ötən il ən çox bu markanın avtomobilləri satılıb
Ötən il ən çox bu markanın avtomobilləri satılıb
Rusiyada daha 575 nəfər koronavirusdan ölüb
Rusiyada daha 575 nəfər koronavirusdan ölüb
Türkiyədə koronavirusa qarşı immunitet qazandıran preparat yaradılıb (FOTO/VİDEO)
Türkiyədə koronavirusa qarşı immunitet qazandıran preparat yaradılıb (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Bəlkə də Şuşa əməliyyatı haqda əvvəlcədən danışılsaydı, heç kim bunun mümkünlüyünə inanmazdı - Deputat
Azərbaycan Qazaxıstana pomidor ixracını kəskin artırıb
SOCAR və “Palmali” arasındakı mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb
Sabah Bakıda güclü külək əsəcək
Azərbaycan Yaponiya və Pakistanda ticarət evləri aça bilər
Yük maşınındakı hava balonunun içərisindən 5 kiloqram qızıl aşkarlandı (VİDEO)
"Böyük Qayıdış” reallığa çevrilən ən böyük arzumuzdur! - Kamaləddin Qafarov
Qayınatası gəlinini doğrayıb bu zibilliyə atıb - Hadisə yerindən görüntülər (FOTO/VİDEO)
Azad olunmuş ərazilərdə 87 yeni abidə aşkarlanıb - Xidmət rəisi
Ombudsmanın tapşırığı ilə Şəki Qarışıq Tipli Uşaq Evində başçəkmə həyata keçirilib (FOTO)
Ötən il ən çox bu markanın avtomobilləri satılıb
Millət vəkili Sevil Mikayılova Xudatda seçiciləri ilə görüş keçirib (FOTO)
Azərbaycana gələn türkiyəli psixoterapevtlər 100-ə yaxın şəhid və qazi ailəsinə yardım göstərib
Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib (FOTO)
Rusiyada daha 575 nəfər koronavirusdan ölüb
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Nazirliyin Qızılağacda güllələnən əməkdaşlarının müalicəsi davam edir - Xidmət rəisi
Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Təhsil Nazirliyində vətəndaşların qəbulu aprelin 1-dək dayandırılır
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağacın əkilməsi aksiyası İspaniyada mükafata layiq görülüb (FOTO)
Oğurlanan metal əşyalarla bağlı qəbul məntəqələrinə mütəmadi baxış keçirilir - DİN
Rəmişin ölümü barədə xəbərlər həqiqəti əks etdirmir - RƏSMİ
Unibank 2020-ci ili mənfəətlə başa vurub
Ermənistanda genişmiqyaslı mitinq elan olunub
Karantini pozan çayxananın icarədarı və müştərilər cərimələnib
TAP buraxılış gücünün iki dəfə artırılması üzrə sınaq nəticəsinin vaxtını açıqlayıb
Ova qadağa nadir heyvan növlərinin sayını artırıb - Vəhşi təbiətdən görüntülər (VİDEO)
Bölgələrdə mineral gübrələrin səyyar satışına hazırlıq işləri başa çatır (FOTO)
Qanunsuz ovçuların izinə düşən Qızılağac Milli Parkının əməkdaşları güllələndi
Növbəti satışda 401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu
Vətən müharibəsi şəhidinin övladına Şuşa adı verildi
Vikipediyanın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edilib
Bank Respublika Mobil Şöbə ilə “Qarabağ Dirçəliş Fondu”na ianə etmək imkanını yaratdı
Azərbaycanda ilk dəfə nağdsız əməliyyatların həcmi nağd dövriyyəni üstələyib - Zakir Nuriyev
Yeni məzmunlu magistr proqramları hazırlanıb - Emin Əmrullayev
Bu il yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq - Nazir
TAP gələcəkdə hidrogen nəql edə biləcək - İcraçı direktor
Sabirabad sakinindən 3 kiloqramdan artıq narkotik götürüldü (FOTO)
Köçəri quşların ölkəmizdən keçməsi quş qripi riskini artırır - AQTA (FOTO)
Millət vəkili Sevil Mikayılova Xudatda şəhid ailələri ilə görüşüb (FOTO)
DİN Bakıda gəlinini doğrayan kişinin tutulması ilə bağlı məlumat yaydı
Bakıda doğranmış meyiti tapılan qadını qayınatası qətlə yetirib
Türkiyədə koronavirusa qarşı immunitet qazandıran preparat yaradılıb (FOTO/VİDEO)
Bakı-Sumqayıt yolunda təmir işlərinin 1-ci hissəsi yekunlaşır (FOTO)
Sıxlığın həlli üçün çəkilən avtobus zolaqları özü sıxlıq yaradır - Nəzarət gücləndirilməlidir (FOTO)
Son bir ildə əmək qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın fakt aşkarlanıb
Kafe və restoranlar həftəsonları da işləyəcək - RƏSMİ
Saray qəsəbəsində silsilə oğurluqlar edən keçmiş məhkum saxlanılıb (FOTO/VİDEO)
Rusiya aviaşirkəti Azərbaycana müntəzəm reysləri dayandıracaq
Azərbaycan üçün müharibə veteranlarına, şəhid ailələrinə dəstək prioritetdir - "Azernews" qəzeti
Qarabağ qazisindən əlilliyə görə rüşvət alan şirkət müdirinin məhkəməsi başlayır
Yelo Bankın biznes kreditlərinin həcmi 18% artıb
Kəlbəcərin Alıbəyli kəndi (FOTO/VİDEO)
Dövlətə xəyanətdə təqsirləndirilən iki nəfərin məhkəməsi başlayır
Yeni qaz sayğacları artıq sərfiyyat hesablayır? - “Azəriqaz”ın Baş direktoru sualları cavablandırdı (MÜSAHİBƏ)
Türkiyə ilə Azərbaycan arasında viza ilə bağlı yeni sənəd təsdiq ediləcək
Kadr islahatları ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin edir - Deputat
Ötən gün cinayət törədən 47 nəfər saxlanılıb
Dilçilik İnstitutundakı "Qaynar xətt" bugündən fəaliyyətini davam etdirəcək
Bakı-Sumqayıt qatarı kontakt şəbəkəsi yeniləndikdən sonra işləyəcək (FOTO)
Ermənistanda ərzaq qıtlığı yaranır: Postmüharibə dövründə dərin iqtisadi böhran - TƏHLİL
Beynəlxalq "Art Moscow Online" forumu keçiriləcək
Parlamentin Hesablayıcı komissiyası yenidən təşkil ediləcək
Yanvarın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda ödəniş və xidmətlərin rəqəmsallaşması prosesi sürətlənib
Samux sakinindən narkotik aşkar edilib
"Apple" və "Facebook"un gəlirləri açıqlandı
Norveç koronavirusa görə sərhədlərini bağlayacaq
ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına silah satışını dayandırır
Yeni Zelandiyada zəlzələ baş verib
Şimali Makedoniyada koronavirusun "Britaniya ştammı" aşkarlanıb
UEFA Avropa çempionatını 12 şəhərdə keçirmə qərarını təsdiqlədi
Goranboy və Qazaxda mərmilər, qumbaralar və minlərlə patron aşkarlanıb (FOTO)
"Yuventus" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı
"Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəldi
ABŞ-Çin münasibətləri getdikcə gərginləşir
Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu - ABŞ dövlət katibi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 468 mindən çox artıb
"Atalanta" futbol üzrə İtaliya Kubokunun yarımfinalına qalxdı
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb
Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! - Prezident növbəti tapşırıqlarını verdi
Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb
Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb
Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkiləri videokonfrans formatında keçiriləcək
Abşeronda ikimərtəbəli ev yanıb
Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL
Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb
Ermənilər Qubadlının Saray kənd qəbiristanlığını belə dağıdıb (FOTO)
"SOCAR Construction" Mozır neft emalı zavodundan işlərin icrası barədə
Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq
Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Vətəndaşlara yeni evlər tikilir - Trend TV-nin REPORTAJI
Məsut Özil: Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm (VİDEO)
“Silk Way West Airlines” Yaponiyanın Narita şəhərinə ilk reysini edəcək
Sumqayıt Kimya Sənaye Parkında istehsal artıb
Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyacaq - Mikayıl Cabbarov
Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO)
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər - Rusiya XİN
Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib
Füzuli rayonunun Xələfşə kəndi (FOTO/VİDEO)
Polis ticarət obyektlərinə nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Bütün xəbərlər