...

Abid Şərifov: Bayılda sürüşmə zonasındakı 97 ev söküləcək, abadlaşdırma işləri görüləcək (YENİLƏNİB)

Cəmiyyət Materials 4 Aprel 2018 12:38 (UTC +04:00)
Bayılda sürüşmə zonasında yaşayan 97 ailə köçürülüb.
Abid Şərifov: Bayılda sürüşmə zonasındakı 97 ev söküləcək, abadlaşdırma işləri görüləcək (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov, Samir Əli - Trend:

Bayılda sürüşmə zonasındakı 97 evdə məskunlaşan ailələr köçürülüb. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov deyib.

A.Şərifov qeyd edib ki, həmin ərazidəki 97 evdən 6-sı artıq tamamilə dağılıb:

"Bu 6 ev biz ailələri oradan köçürəndən iki gün sonra uçulub. O evlərdə 32 nəfər yaşayırdı. Əgər ailələri vaxtında köçürməsəydik, ağır bir hadisənin şahidi olacaqdıq. Hazırda qalan evlər də çox qəzalı vəziyyətdədir. Çalışırıq ki, birinci mərhələdə 97 ailəyə birdəfəlik kompensasiya verək".

Baş nazirin müavini əlavə edib ki, sürüşmə zonasındakı 97 evin sökülməsi nəzərdə tutulur: "Sonra həmin ərazilərdə sürüşmə zonasına uyğun olaraq abadlaşdırma işləri görülməlidir. Artıq orada yaşamaq qeyri-mümkündür. Hazırda bu məsələ ilə ciddi şəkildə məşğuluq. Vəsait ayrılandan sonra sakinlər yerləşdiriləcək. Hələlik 1 il ərzində, yəni ilin sonunadək həmin ailələrə kirayə haqqı veriləcək".

Onun sözlərinə görə, Nazirlər Kabinetinin hələ 3 il əvvəl verilmiş qərarında göstərilir ki, Bayılda ümumiyyətlə ev tikmək olmaz:

"İstər bu ərazidə, istərsə də digər sürüşmə zonalarında tikinti aparmaq qadağan edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi Azərbaycanda sürüşmə ərazilərini müəyyən edib və Nazirlər Kabineti də həmin ərazilərdə tikinti aparmağı qadağan edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti