Bakı. Trend:
Korporativ Sosial Məsuliyyət tədbirlərinin ictimaiyyətə faydalı təşkil olunmasında daim maraqlı olan Amrahbank, Xəzər Qayğıkeşlik Layihəsi Klinikasında xeyriyyəçilik tədbirlərini davam etdirir.
Bankdan Trend-ə verilən məlumata görə, növbəti dəfə katarakta xəstəliyindən əziyyət çəkən Sumqayıt şəhər sakini, 1945-ci il təvəllüdlü Yaqub Ağamaliyevin, Bakı şəhəri, Pirşağı qəsəbə sakini, 1941-ci il təvəllüdlü Ofeliya Hacıyevanın və yüksək dərəcəli miopiya xəstəliyindən əziyyət çəkən Balakən rayon sakini, 1962-ci il təvəllüdlü, Solmaz Qarayevanın gözlərində uğurlu cərrahiyyə əməliyyatları həyata keçirilib.
"Amrahbank adından klinikanın bütün kollektivinə şərəfli işlərində uğurlar arzu edirik, klinikanın pasiyentlərinə isə şəfalar diləyirik".
Amrahbank: Sizə açıq və aydın bank