...

Ekoloji qanunvericiliyi pozanlar cərimələndi

Cəmiyyət Materials 5 Aprel 2018 14:37 (UTC +04:00)
Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb.
Ekoloji qanunvericiliyi pozanlar cərimələndi

Bakı. İlhamə İsabalayeva - Trend:

16-31 mart 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Trend-ə ETSN-dən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 111 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 12 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 23 iş üzrə 17900 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 12668,97 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 217 iş üzrə 33031,95 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və icra qurumlarına 14 iş göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti