...

Bakıda güclü yanğın

Cəmiyyət Materials 3 İyun 2018 18:20 (UTC +04:00)
Bakının Binəqədi rayonu ərazisində yanğın başlayıb.
Bakıda güclü yanğın

Bakı. Samir Əli - Trend:

Bakının Binəqədi rayonu ərazisində yanğın başlayıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, yanğın hadisəsi rayonun 7-ci mikrorayon ərazisində, "Dərnəgül" metro stansiyasının arxasında təkər tullantıları olan ərazidə baş verib. Yanğın nəticəsində ərazidəki köhnə təkər tullantıları alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti