...

Saatlıda pambıq tarlasında zəhərlənən 20 nəfər evə buraxıldı

Cəmiyyət Materials 12 İyun 2018 09:53 (UTC +04:00)
Saatlıda pambıq tarlasında zəhərlənən 20 nəfər evə buraxılıb.
Saatlıda pambıq tarlasında zəhərlənən 20 nəfər evə buraxıldı

Bakı. Samir Əli - Trend:

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilən 20 nəfər evə buraxılıb.

Bu barədə Trend-ə Saatlı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Adəm Əliyev məlumat verib.

Baş həkimin müavini bildirib ki, dünən gün ərzində həmin xəstələrin vəziyyəti tam qənaətbəxş olduğu üçün stasionar müalicədən ambulator müalicəyə buraxılıblar:

"Gün ərzində xəstələr təkrar müayinə olundular, vəziyyətləri tam yaxşı olduğu üçün evə yazıldılar. Zəhərlənənlərdən 4 nəfər hazırda Bakıdadır. Onların da vəziyyətləri normaldır".

Qeyd edək ki, iyunun 10-da axşam saatlarında Saatlı rayonunun Sımada kəndi ərazisində pambıq tarlasında işləyən şəxslər arasında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə nəticəsində 20 nəfər Saatlı rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər isə Bakıya-Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti