...

Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə elan olunacaq

Cəmiyyət Materials 28 İyun 2018 11:12 (UTC +04:00)
İyunun 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə elan olunacaq.
Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə elan olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

İyunun 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə elan olunacaq.

Mərkəzdən Trend-ə verilən məlumata görə, hazırda imtahan protokollarının və cavab kartlarının emalı aparılır.

DİM-in Direktorlar Şurasının sədri M.Abbaszadə imtahanların gedişini müşahidə etmək üçün rayonlara səfər edib. Sədr gün ərzində bir neçə imtahan mərkəzində olub və hər iki növbə üzrə imtahan prosesini yaxından izləyib.

Qeyd edək ki, imtahanlar Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 70081 şagird (IX sinif üzrə 39554, XI sinif üzrə 30527) üçün mərkəzləşdirilmiş qaydada keçirilib.

9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti