...

Şagirdlər üçün Yay məktəbi sona çatıb (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2018 17:30 (UTC +04:00)
ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin birgə təşkil etdiyi Yay məktəbinin bağlanış mərasimi keçirilib.
Şagirdlər üçün Yay məktəbi sona çatıb (FOTO)

Bakı. Trend:

ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin birgə təşkil etdiyi Yay məktəbinin bağlanış mərasimi keçirilib.

“Təmiz Şəhər” ASC-dən Trend-ə verilən məlumata görə, bir ay davam edən yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması, tullantılardan alternativ enerjinin əldə edilməsi və s. barədə ətraflı məlumat verilib, müxtəlif mövzularda mühazirələr oxunub.

Yay məktəbinin iştirakçıları həmçinin, təkrar emal müəssisələrində olub, onlar üçün müxtəlif intellektual oyunlar və ustad dərsləri təşkil təşkil edilib. Yay məktəbi çərçivəsində Böyükşor Parkında piknik festivalı təşkil olunub.

Yay məktəbinə qatılan 160 şagirdə sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılov yay məktəbinin ADA Universitetinin təhsil standartlarına cavab verdiyini vurğulayaraq, yeniyetmələrin öyrədici və əyləncəli düşərgədə faydalı biliklər əldə etdiyini bildirib. Əlavə edib ki, şagirdlər üçün “Təmiz Şəhər” ASC-nin zavodlarına, Balaxanı Sənaye Parkına və “Tullantıdan sənətə” muzeyinə təşkil olunan ekskursiyalar yeniyetmələrdə ətraf mühitin qorunması və tullantıların idarəolunması vərdişlərini təkmilləşdirib.

“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov yay düşərgələrinin yeniyetmə və gənclər üçün faydaları barədə məlumat verib. Qeyd edib ki, gənclər çox vaxt gələcək karyeralarını bu cür məktəblərdə müəyyən edirlər. Hətta “Təmiz Şəhər”in təşkil etdiyi əvvəlki yay məktəblərinin iştirakçılarından bir neçəsi daha sonra səhmdar cəmiyyətdə işləməyə başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti