...

DSX-dan "Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsində ölumlə nəticələnən qəza ilə bağlı açıqlama

Cəmiyyət Materials 4 Sentyabr 2018 00:39 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin "Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsində ölümlə nəticələnən qəza baş verib.
DSX-dan "Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsində ölumlə nəticələnən qəza ilə bağlı açıqlama

Bakı. Samir Əli - Trend:

Dövlət Sərhəd Xidmətinin "Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsində ölümlə nəticələnən qəza baş verib.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, sərhəd-keçid məntəqəsinin Azərbaycana aid hissəsində TIR markalı yük maşını yoxlanış üçün saxlanılıb.

Sürücü yük maşınından düşüb sənədlərini təqdim edərkən dayanmış vəziyyətdə olan yük maşınının əyləc sistemində qəfil problem yaranıb və TIR öz-özünə hərəkətə başlayıb. Nəticədə TIR qarşısında olan Dövlət Sərhəd Xidmətinin gizir rütbəli hərbi qulluqçusunu vurub.

Gizir aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət işi başlanıb, araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti