...

AMEA Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti ilə elmi problemləri araşdıracaq (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2018 10:36 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Trend-in məlumatına görə, müqavilədə elm, təhsil və innovasiya sahəsində əlaqələri gücləndirməklə yanaşı, birgə konfrans və simpoziumların təşkili, məqalələrin çap olunması və prioritet elm sahələri üzrə elmi və elmi-texniki problemlərin araşdırılması nəzərdə tutulur.

İmzalanma mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə burada dünya elminin prioritet istiqamətlərində araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə edildiyini, nüfuzlu beynəlxalq elm təşkilatlar ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

O, akademiyada geologiya, seysmologiya, hidrogeologiya, neft-kimya, kimya texnologiyaları sahələrində əldə olunmuş nailiyyətlər haqqında məlumat verib.

Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin rektoru, professor Vadim Kosyanov Moskva Dövlət Universitetinin Bakı filialında Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti ilə birgə Geologiya fakültəsinin yaradılması təklifini də irəli sürüb.

O, universitetin fəaliyyət istiqamətləri, laboratoriyaları, tədris prosesi və burada aparılan araşdırmalardan bəhs edib. Alim AMEA ilə neft və qaz yataqlarının kəşfiyyatı, geologiya və digər müvafiq sahələrdə birgə tədqiqatların, kadr və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

V.Kosyanov 2019-cu ildə elm və təhsil sahəsi üzrə iki ölkənin birgə sammitinin keçirilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti