...

Azərbaycan şagirdləri “Dünyanın ən böyük dərsi” təşəbbüsünə qoşulurlar

Cəmiyyət Materials 26 Noyabr 2018 19:39 (UTC +04:00)
Təşəbbüs Təhsil Nazirliyi, UNICEF və IDEA İctimai Birliyi tərəfindən həyata keçirilir.
Azərbaycan şagirdləri “Dünyanın ən böyük dərsi” təşəbbüsünə qoşulurlar

Bakı. Trend:

Bakı şəhərinin 23 saylı məktəbində Respublikanın 10 orta məktəblərindən olan şagirdlər Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) müzakirə etmək üçün təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Azərbaycan Dayanaqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov, “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” (IDEA) İctimai Birliyinin İcraçı direktoru Surxay Şükürov və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin sabah bir araya gələrək “Dünyanın ən böyük dərsində” iştirak edəcəklər.

UNICEF-dən Trend-ə verilən məlumata görə, “Dünyanın ən böyük dərsi” DİM-ləri uşaqlara təqdim etmək, habelə gənclərin öz icmalarında bu məsələ ilə bağlı fəal müzakirələrini və tənqidi yanaşmalarını təşviq etmək məqsədilə icrasına 2015-ci ilin sentyabr ayında başlanmış qlobal təşəbbüsdür.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, “Dünyanın ən böyük dərsi” təşəbbüsü uşaqların gündəlik həyatına qlobal məsələlərin gətirilməsinə və DİM-lərin uşaqlar üçün daha aktual və əhəmiyyətli xarakter almasına şərait yaradır.

Gənclər dövlətin uzunmüddətli inkişafının əsasını təşkil edirlər və bu baxımdan biz ümid edirik ki, belə bir təşəbbüs milli dayanıqlı inkişaf proqramı çərçivəsində uşaqlarla və gənclərlə bağlı məsələləri prioritetləşdirən xüsusi fəaliyyət planının işlənib hazırlanmasına töhfə verməklə Azərbaycanın Milli Uşaq Strategiyasını dəstəkləmiş olacaq.”

Azərbaycanda “Dünyanın ən böyük dərsi” təşəbbüsü UNICEF və IDEA İctimai Birliyi tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilir.

Bu təşəbbüs çərçivəsində ətraf mühit və iqlim dəyişmələri məsələlərinə xüsusi diqqət ayırmaqla DİM-ləri uşaqlar üçün təqdim etmək məqsədilə UNICEF və IDEA İctimai Birliyi qlobal miqyasda keçirilən bu cür dərs üçün hazırlanmış xüsusi materialların Azərbaycan şəraitinə uyğunlaşdırılmasını təmin ediblər. Belə bir dərsin öz siniflərində keçirilməsi üçün müəllimləri hazırlamaq məqsədilə Bakı və Xaçmaz şəhərlərinin ümumilkdə 20 məktəbini təmsil edən müəllimlərin sentyabr ayından etibarən silsilə təlimlər təşkil olunub. Azərbaycan dilində mövcud olan materiallar və qeyd olunan 20 məktəb haqqında müvafiq məlumatlar sözügedən qlobal təşəbbüsə aid veb-saytda (sayta istinad) yerləşdirilərək azərbaycanlı uşaqların qlobal inkişaf gündəliyinə birmənalı şəkildə tərəfdar çıxdıqlarını bir daha nümayiş etdirib.

“Dünyanın ən böyük dərsi” dünya ölkələrinin İordaniya Kraliçası Rania əl-Abdullah kimi rəsmi şəxslər, habelə amerikalı tenis ulduzu Serena Uilyams və braziliyalı futbolçu Neymar kimi ictimai xadimlər tərəfindən dəstəklənir. Bununla yanaşı, hər il müxtəlif ölkələrin hökumət rəhbərləri bu cür dərslərin keçirilməsinə müəllim və ya iştirakçı qismində qoşulurlar.

“Dünyanın ən böyük dərsi” haqqında əlavə informasiya əldə etmək üçün “www.globalgoals.org/worldslargestlesson” veb-səhifəsinə baxın.

UNICEF gördüyü bütün işlərdə hər bir uşağın hüquqlarını və rifahını təşviq edir. Təşkilat bu cür öhdəliyin həyata keçirilməsini təmin etmək məqsədilə dünyanın 190 ölkəsi və bölgəsində öz tərəfdaşları ilə birgə çalışaraq daha həssas və təcrid olunmuş uşaqları əhatə etmək üçün xüsusi səylərin göstərilməsi və hər bir yerdə bütün uşalqarın faydalanması məsələlərinə xüsusi diqqət ayırmaqla işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti